Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrə şəhərinə səfərinin vaxtı sabaha dəyişdirilib.

Leqal.info-nun məlumatına görə, APA-nın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadən verdiyi xəbərə görə, hazırda həmsədrlərdən yeni tarixlə bağlı təsdiq gözlənilir.

Qeyd edək ki, bu gün Cenevrədə C. Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü planlaşdırılırdı.