Leqal.info xəbər verir ki, bu barədə Prezident köməkçisi Hikmət Hacıyev tvitter hesabında paylaşım edib.
O bildirib ki, həmin materiallar təhlil olunarkən onların arasında Suriya vətəndaşlarına aid siyahı tapılıb.
Dövlət rəsmisi bildirib ki, həmin suriyalılar Azərbaycan torpağına qanunsuz olaraq yerləşdirilib: "Bu, müharibə cinayətidir. Qanunsuz yerləşdirmə həmsədrlərin diqqətindən kənarda qaldı".