Bakı şəhər Baş Polis İdarəsinə rəis təyin edilib.

Leqal.info-nun Unikal.org-a istinadən məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Əkbər İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinə rəis gətirilib.

Polis polkovniki Ə. İsmayılov bundan əvvəl Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi olub.