Leqal.info xəbər verir ki, sənədə əsasən, Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Xatırladaq ki, ötən gün hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçiriblər. Əməliyyat nəticəsində Namiq Zeynalovun saxlanılaraq Bakıya gətirildiyi bildirilirdi.