Leqal.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən həftəlik brifinqdə məlumat verib.
“Yanvarın 26-da İran İslam Respublikasının xarici işlər naziri Moskvada işgüzar səfərdə olacaq və Rusiya XİN rəhbəri Sergey Lavrovla danışıqlar aparacaq. Bir sıra beynəlxalq məsələlər, o cümlədən Dağlıq Qarabağ ətrafındakı vəziyyət, həmçinin İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı, Suriyada, Əfqanıstan, Fars Körfəzindəki fəaliyyətlər müzakirə olunacaq”,- deyə Zaxarova qeyd edib.