Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov vəzifəsindən azad olunub.

Bu barədə "Qafqazinfo"ya AMEA-nın ictimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin rəhbəri Ağahüseyn Şükürov bildirib.

O qeyd edib ki, akademik Y.Mahmudov bu gün öz ərizəsi ilə işdən azad edilib: "Y. Mahmudov növbəti əmrlə AMEA prezidentinin müşaviri təyin edilib".