Leqal.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, iclasda Şərqi Aralıq dənizindəki proseslər, türk ordusunun Azərbaycan, Liviya və Suriyadakı fəaliyyətləri və terrorla mübarizə mövzusunun müzakirə ediləcəyi gözlənilir.
Yığıncaqda PKK/YPG, FETÖ və İŞİD başda olmaqla bütün terror təşkilatlarına qarşı əməliyyatlar və digər regional və milli təhlükəsizlik məsələlərinin də müzakirə ediləcəyi bildirilir.