Leqal.info xəbər verir ki, sərəncama əsasən, Oqtay Qəşəm oğlu Şahbazov Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsindən azad edilib.
Qeyd edək ki, 80 yaşlı O. Şahbazov 2016-ci ildən indiyə kimi Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsində çalışıb. O, dövlət qulluğunun 1-ci dərəcə Dövlət müşaviri, “Əməkdar dövlət qulluqçusu” Fəxri adları və “Şöhrət” ordeni ilə təltif edilib.