Leqal.info xəbər verir ki, bunu IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov işğaldan azad olunmuş ərazilərdəki ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyevanın tapşırığı ilə IDEA işğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin yenidən canlandırılması istiqamətində işlər görəcək: “IDEA ilk olaraq təbii sərvətlərin qiymətləndirilməsi istiqamətində işlər görəcək. Növbəti addım isə həmin yerlərin bərpası olacaq”.