Leqal.info xəbər verir ki, fərmana əsasən, Prezidentin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərmanına aşağıdakı dəyişikliklər edilib:
“1. 6.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.5-1-ci yarımbənd əlavə edilsin:
“6.5-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müəyyən etdiyi giriş-çıxışın xüsusi rejiminin tətbiqinin təmin edilməsi.”.
2. Aşağıdakı məzmunda 12-1-ci hissə əlavə edilsin:
“12-1. Bu Fərmanın 4-cü, 5-ci, 7-ci və 8-ci hissələri Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin təyin edildiyi ərazilərə şamil edilmir”.