Leqal.info DTX-nin saytına istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti bu qəbildən olan xəbər və paylaşımları qəti şəkildə təkzib edir və diqqətə çatdırır ki, indiyədək Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərlərinin baş tutmuş görüşləri barədə ictimaiyyətə ardıcıl məlumatlar verilib. Azərbaycanın dövlət maraqlarının, ərazi bütövlüyünün və təhlükəsizliyinin etibarlı təmin olunması ilə bağlı məsələlərin cəmiyyətdə həssaslıqla qarşılandığı nəzərə alınaraq, bundan sonra da belə görüşlər barədə ictimaiyyətə məlumatlar veriləcək.
Bir daha ölkəmizin kütləvi informasiya vasitələrini və sosial medianı ümumdövlət mənafelərinə ziyan vuran, həmçinin düşmən dairələri tərəfindən bilərəkdən sosial şəbəkələrə ötürüldüyü istisna olunmayan, Azərbaycanda ictimai rəyi çaşdırmaq məqsədi güdən əsassız və dəqiqləşdirilməmiş xəbərləri yaymamağa çağırır, belə halların yolverilməzliyini qeyd etməklə yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad olunmasını xahiş edirik.