Xarici işlər naziri Ceyhun Bayramovun bu ilin 23 fevral tarixində Ankarada keçiriləcək Azərbaycan - Türkiyə - Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Ankaraya işgüzar səfəri nəzərdə tutulur.

Bu barədə Leqal.info-ya XİN-dən məlumat verilib.

Görüşlər zamanı ölkələr arasındakı əlaqələr, regional məsələlərə dair son proseslər və əməkdaşlığın daha da yaxşılaşdırılması üçün atıla biləcək addımların ikitərəfli və üçlü formatda müzakirəsi planlaşdırılır.