Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Veteranlar Şurası yaradılıb.

Leqal.info-nun əldə etdiyi məlumata görə, Şuraya 35 nəfər üzv seçilib. Sədr isə qocaman YAP-çı Arif Rəhimzadə olub. Əvvəlki İdarə Heyətindən və Siyasi Şuradan uzaqlaşdırılan yaşlı YAP-çılar Veteranlar Şurasında cəmlənib.

Bundan əlavə, yeni İdarə Heyəti yaradılaraq 40 nəfər üzv seçilib. Yeni İdarə Heyətinin tərkibi əsasən, YAP-ı Milli Məclisdə təmsil edən şəxslərdən formalaşdırılıb.

Qurumun Siyasi Şurası buraxılıb və yeni Nəzarət Təftiş Komissiyası yaradılıb. Komissiyanın tərkibi 35 nəfərdən ibarət olacaq.