Xarici işlər naziri Ceyhun Bayramov Düşənbədə pakistanlı həmkarı Şah Mahmud Qureyşi ilə görüşüb.

Leqal.info xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Asiyanın Ürəyi – İstanbul Prosesi” 9-cu Nazirlər Konfransı çərçivəsində baş tutan görüşdə ölkələr arasında qarşılıqlı gündəliyə daxil olan prioritet məsələlər, o cümlədən artan iqtisadi əməkdaşlıq və xalqlar arasında əlaqə məsələləri müzakirə olunub.