Leqal.info xəbər verir ki, bu barədəTürkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu öz tvitter hesabında yazıb.
“Bütün maneələr aradan qaldırılır, qardaşlığımız daha da güclənir. Vətəndaşlarımız və azərbaycanlı qardaşlarımız üçün xeyirli olsun”,- deyə Türkiyə XİN başçısı qeyd edib.
Xatırladaq ki, Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında 1 saylı Protokol” bu gündən qüvvəyə minib. Sözügedən sənədin qüvvəyə minməsi ilə iki ölkə vətəndaşları yeni nəsil şəxsiyyət vəsiqəsindən istifadə etməklə, digər ölkəyə 90 gün qalma müddətli vizasız səyahət edə biləcək.