Leqal.info xəbər verir ki, bu sözləri aprelin 8-də xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymin deyib.
O qeyd edib ki, qarşıda böyük yenidənqurma işləri var. Minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsi çox ciddi məsələdir və yenidənqurma işlərini ləngidir.
Baş katib deyib ki, Ermənistan işğal etdiyi ərazilərdə məscidləri də dağıdıb. Bu, əsl vandalizm aktıdır. Bütün beynəlxalq təşkilatlar Qarabağda yenidənqurma işlərini dəstəkləməlidirlər. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın bütün səylərini dəstəkləyir və bundan sonra da dəstəkləyəcək.