Ermənistanın “Hraparak” qəzeti Meğridə Azərbaycandan Naxçıvana gedəcək yolun tikinti sahəsini araşdırmaq üçün Bakıdan təyyarə ilə Azərbaycan-Türkiyə nümayəndə heyətinin İrəvana gəlişi ilə bağlı xəbər yayıb.

Leqal.info xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi sözügedən məlumatı təkzib edib.
“Mətbuatda Azərbaycan-Türkiyə nümayəndə heyətinin 8 apreldə İrəvana gəldiyi barədə məlumatlar həqiqətə uyğun deyil”,- deyə qurumun açıqlamasında qeyd olunub.

Nazirlik medianı həssas mövzularda təsdiqlənməmiş məlumatları yaymamağa çağırıb.