Leqal.info “Sputnik”ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Avropa ölkələrindən birində görüşmək təklifi, əlbəttə, mövcud vəziyyətin və qarşı tərəfin atacağı addımların təhlili əsasında dəyərləndiriləcək”, - Co Baydenin Putinə üçüncü ölkədə görüş təklifindən söz açan Peskov bildirib.
“Görüşün hansı ölkədə keçirilməsini müzakirə etmək çox tezdir. Bunun üçün diplomatik kanallar vasitəsilə razılığa gəlmək lazımdır”, - Kreml sözçüsü əlavə edib.
Qeyd edək ki, Finlandiya, Avstriya və İslandiya Putin-Bayden görüşünə ev sahibliyi etməyə hazır olduqlarını açıqlayıblar.