Leqal.info xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat verilib. Prezidentlər ikitərəfli gündəliyi müzakirə ediblər.
“Rusiya və Belarus arasında müttəfiqlik münasibətlərinin hərtərəfli möhkəmləndirilməsi üçün qarşılıqlı inam ifadə edilib”,- deyə açıqlamada qeyd olunub.
Tərəflər ikitərəfli gündəliyin bəzi vacib məsələlərini müzakirə ediblər. Telefon danışığı zamanı xüsusilə, Dağlıq Qarabağ nizamlanması mövzusuna da toxunulub.
Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko aprelin 13-ü Azərbaycanda rəsmi səfərdə olub. O, səfər çərçivəsində Prezident İlham Əliyevlə iki görüş keçirib.