“Azərbaycan və Gürcüstan hökumətləri arasında yüzdən çox sənəd imzalanıb və bildiyim qədər hazırda 15 sənəd nəzərdən keçirilir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə keçirdiyi görüşdə deyib.

Spikerin sözlərinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlıq böyük önəm daşıyır: “Ötən il – pandemiya dövründə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 500 milyon ABŞ dollarından çox olub. Bu, əməkdaşlığımızın geniş miqyasa malik olduğunu göstərir”.

S.Qafarova Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin Avropa Şurası Parlament Assambleyası, NATO, Avronest, ATƏT və digər beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyini qeyd edib.

MM sədri parlamentlərdəki dostluq qrupları arasında əlaqələrin bu gün də sıx olduğunu söyləyib.