Leqal.info xəbər verir ki, bu fikirlər Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin yaydığı birgə məlumatda bildirilib.
"Azərbaycan Respublikasının dövlət sərhədlərinin pozulması və ölkəmizin ərazisinə Ermənistan silahlı qüvvələrinin müdaxiləsi hallarının qarşısı bundan sonra da qəti tədbirlər vasitəsilə alınacaq. Ermənistan məsuliyyətli davranmalı, qonşu dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmət etməli və regionda vəziyyəti gərginləşdirə biləcək təxribatlardan çəkinməlidir", - məlumatda qeyd olunub.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti Kəlbəcərdə Azərbaycan sərhədini pozan erməni hərbçilərinin ərazidən çıxarılması ilə bağlı məlumat yayıb.