“Leqal.info” xəbər verir ki, bunu Gürcüstanın baş nazir İrakli Qaribaşvili deyib.
Onun sözlərinə görə, Gürcüstanın fəal iştirakı Ermənistanın Azərbaycan tərəfinə minalanmış ərazilərlə bağlı vacib materialları təqdim etməsinə də imkan verib.
Hökumət başçısı Azərbaycan və Ermənistanın qərarlarını alqışlayaraq qeyd edib ki, bu, uzunmüddətli perspektivdə əməkdaşlıq atmosferinin yaradılması üçün zəmin olacaq.