İyunun 16-da Milli Məclisin növbədənkənar sessiyasının xüsusi iclası keçiriləcək.

Bu barədə Leqal.info-ya parlamentdəki mənbə məlumat verib.

Bildirilib ki, xüsusi iclasda Azərbaycanda rəsmi səfərdə olacaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edəcək.