“Cənubi Qafqazın sabitlik və sülh bölgəsi olmasını istəyirik”.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumundan əvvəl təşkil olunan mətbuat konfransında çıxış edərkən bildirib.

“Antalya Diplomatiya Forumunda qlobal problemlər və mövzular, yanımızda baş verən regional mövzular - Cənubi Qafqazdakı regional məsələlər, Azərbaycan torpaqlarında davam edən işğallar problemi də müzakirə ediləcək.
Azərbaycanın səbri hədsiz deyildi və lazım olanı etdi, torpaqlarını geri aldı. Hər kəs Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir.

Cənubi Qafqaz bölgəsinin bir sabitlik və sülh bölgəsi olmasını istəyirik. Ümid edirəm ki, Ermənistan dərs alır. Bölgədə sülh hökm sürəcəkdir. Bunlar bu paneldə müzakirə ediləcək. Ermənistan illərlə özünü təcrid etdi, qonşularından təcrid olundu, inşallah onlardan dərs alacaq və bölgədə sülh hökm sürəcək. Ermənistandan da foruma iştirakçı dəvət etmişdik”, - deyə Çavuşoğlu qeyd edib.