“Biz 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızın azad edilməsinin şahidi olduq. Sözsüz ki, həmin ərazilərdə müşahidə etdiyimiz mənzərə XXI əsrin, bütövlükdə isə bəşəri dəyərlərlə üst-üstə düşmür”.

Leqal.info-nun xəbərinə görə, bunu Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov qurumun “Karabakh.Center” layihəsinin təqdimat mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “Karabakh.Center” layihəsi Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib: “Bu layihə imkan verir ki, biz mövcud vəziyyəti gözümüzün qarşısına gətirək. Biz işğaldan azad edilmiş ərazilərdə abidələrimizin bərpa edilməsinin şahidi olacağıq. Artıq Prezident İlham Əliyevin tapşırığına əsasən, bu istiqamətdə işlərə başlanılıb”.