“Rusiya Ermənistanla Azərbaycan arasında danışıqların başlamasına Avropa İttifaqının yardım etmək istəyini alqışlayır”.

Leqal.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov iyulun 21-də jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə dörə, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında əldə edilən üçtərəfli razılaşmanın reallaşması prosesi pis getmir. O, Moskvanın əlavə vasitəçinin səylərinə qarşı olmadığını bildirib.

D.Peskov deyib, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla daim əlaqə saxlayır.