Rusiya Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.

Leqal.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, V.Putinin sədrliyi ilə keçirilən toplantıda Rusiyanın sosial-iqtisadi inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Şuranın iclasında eyni zamanda, Azərbaycan və Ermənistan sərhədində baş verən son hadisələr, Əfqanıstandakı durum və beynəlxalq gündəmin digər aktual məsələləri müzakirə edilib.