Leqal.info-nun xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Şəxsi Həyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov deyib.
Onun sözlərinə görə, düşmən fikirləşirdi ki, Aprel döyüşlərində itirdikləri torpaqları geri alacaqlar: “Ancaq onlar elə ən çox itkiləri də orada verdilər. Belə bir müharibə dünya tarixində görünməyib. Azərbaycan Ordusu öz qəhrəmanlığı ilə tarix yazıb”.