Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının atəşkəsin pozulması barədə yaydığı məlumata münasibət bildirib.

Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 28-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələri istiqamətində atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.