Leqal.info-nun xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
O diqqətə çatdırıb ki, gələn il - 2022-ci ilin fevral ayının 26-da Xocalı soyqırımının 30-cu ildönümü tamam olacaq: “Görüşlərdə Xocalı soyqırımının bu günə qədər bir çox dövlətlər və beynəlxalq təşkilatlar tanındığını vurğuladım. Bunu nəzərə alaraq, bu məsələyə İran parlamentinin də diqqət yetirməsinə toxundum”.