"Report"un yerli bürosu xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O, görüşdə Qarabağ məsələsinin də müzakirə olunduğunu vurğulayıb: "Qarabağ məsələsini da geniş şəkildə müzakirə etdik. Birgə atılması mümkün olan addımlar barədə səmimi fikir mübadiləsi apardıq".