Bu barədə Leqal.info-ya Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib.
Qeyd edilib ki, hazırda İran İslam Respublikası ilə dövlət sərhədində əməliyyat şəraiti sabitdir və Azərbaycan sərhəd mühafizə orqanlarının tam nəzarəti altındadır: "Dövlət sərhədində Azərbaycan Respublikasının dövlət maraqlarına qarşı yönələn istənilən təxribatın qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Qeyd edilənləri nəzərə alaraq, İran rəsmilərinə daha məsuliyyətli olmağı tövsiyə edir, onları yalan və böhtan xarakterli məlumatları yaymaqdan çəkinməyə çağırırıq".
Bizim Instagram səhifəmizə abunə olun