Leqal.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərin sualını cavablandıran zaman deyib.
Türkiyə dövlət başçısı bildirib ki, səfərlə əlaqədər Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirələr aparıb: “Bu mövzuyla bağlı qardaşım İlham Əliyevlə də müzakirə aparmışıq. Səfər çərçivəsində hava limanı, oradakı bir neçə magistral yolun açılışını edəcəyik və kənd təsərrüfatı ilə bağlı görülən bəzi işlərlə tanış olacağıq”.