“Pandemiya dövründə daşınmaların sayı azalmayıb, əksinə artıb”.

Leqal.info-nun xəbərinə görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumu çərçivəsində “Post-COVID-19 dövründə qlobal çağırışlar” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.

“Vətən müharibəsindəki qələbə regionda əməkdaşlığın yeni mərhələsinə üfüqlar açıb. Hesab edirəm ki, beynəlxalq səviyyədə tanınan sərhədlərin müəyyənləşməsindən sonra Ermənistanla münasibətlər normallaşacaq”, - nazir vurğulayıb.