Leqal.info “CNNTurk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Prezident İlham Əliyevin əmri və komandanlığı altında “Bir Vətən əməliyyatı”nı uğurla həyata keçirib.
Türkiyənin müdafiə naziri deyib ki, 44 günlük müharibə nəticəsində Azərbaycan Ermənistanın işğalı altındakı torpaqlarını azad edib: “İndi yeni bir mübarizə, iqtisadi mübarizə başlayıb. Türkiyə Silahlı Qüvvələri olaraq azərbaycanlı qardaşlarımızla birgə fəaliyyət göstərərək oraya xaincəsinə yerləşdirilən, günahsız insanların həyatını təhdid edən əldəqayırma partlayıcılar və minalar başda olmaqla, hər cür təhdid və təhlükənin aradan qaldırmaq üçün gecə-gündüz çalışırıq”.