"Ermənistanın Azərbaycanla sülh sazişi imzalamamasının əsas baiskarı erməni diasporudur".

Bunu “Report”a tanınmış fransalı fotoqrafiya ustası, əslən azərbaycanlı Rza Diqqəti deyib.

“Ermənistandakı yaşayışın nə qədər çətin olduğundan, minlərlə əsgərin, ailə üzvünün ölməsinin nə demək olduğundan onların xəbəri belə yoxdur” – deyən sənətkarın fikrincə, erməni diasporu da ölkəsini müharibəyə sürükləməyin axırı olmadığını, İkinci Qarabağ müharibəsində məğlub olmuş Ermənistanın Azərbaycanla barışmaması halında daha böyük itkilərlə üzləşəcəyini dərk etməlidir.

R.Diqqəti qeyd edib ki, Ermənistan Azərbaycanla barışmaq istiqamətində heç vaxt addım atmadığı halda, Azərbaycan Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səy göstərib: “Hamıya məlumdur ki, Azərbaycan sülh sazişi üçün əlindən gələni əsirgəməyib”.