Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İstanbul şəhərində qasırğa nəticəsində ölən və yaralananların olmasına görə başsağlığı verib.


Leqal.info xəbər verir ki, başsağlığı mətnində deyilir:

“Qardaş Türkiyənin İstanbul şəhərində qasırğanın ölüm hallarına, yaralıların olmasına və dağıntılara səbəb olması bizi dərindən kədərləndirdi. Təbii fəlakət nəticəsində dünyasını dəyişənlərin ailələrinə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirik”.