Türkiyənin xarici naziri Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Leqal.info xəbər verir ki, təbrik məktubunda deyilir:

"Cənab Prezident.

Zati-alinizin doğum gününü ən böyük səmimiyyətlə təbrik edirəm.

Nüfuzlu dövlət xadimliyiniz və uğurlu siyasətiniz Azərbaycanı hər sahədə nümunəvi ölkəyə çevirib.

Qətiyyətli rəhbərliyinizlə Can Azərbaycanın qət etdiyi məsafə və ucaldığı mərtəbə türk dünyası üçün ilham və qürur mənbəyidir. Sarsılmaz qardaşlığımıza söykənən əlaqələrimizin cənab Prezidentimiz və Zati-alinizin rəhbərliyi ilə “bir millət, iki dövlət” prinsipinə uyğun olaraq hər sahədə daha da yüksək səviyyələrə çatdırılması istiqamətində səylərimizi davam etdirəcəyik.

Fürsətdən istifadə edərək, Zati-alinizi doğum gününüz münasibətilə bir daha təbrik edir, ən dərin hörmət və ehtiramımı bildirirəm".