"Ermənistanda yeganə çıxış yolunun Azərbaycanla münasibətlərin normallaşması olduğunu anlayırlar".

Leqal.info xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun illik fəaliyyətinin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycan xarici siyasətdə müsbət nəticələrə nail olub: "Xüsusilə Soçi görüşünü qeyd etmək istərdim. Bundan başqa, Nikol Paşinyan son mətbuat konfransında pozitiv mesajlar verilib. Lakin onun populist olduğunu da unutmamalıyıq. Bununla belə, Paşinyan və ətrafı Ermənistanın perspektivlərinin məhdud olduğunu, yeganə çıxış yolunun Azərbaycanla münasibətlərin normallaşması olduğunu anlayır".