Leqal.info “Hürriyet”ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.
Nazir Ermənistanın bu çağırışa reaksiyası barədə suala “Bu, dalandır. Ermənistan sülh və sabitliyə qayıtmağın zəruriliyini qəbul edərək bu yola daxil oldu”, - cavabını verib.
Hulusi Akar deyib: “Arzumuz budur ki, Qafqazda sülhün əlindən tutub sabitlik, əmin-amanlıq mühiti yaransın. Zəngəzur və Laçın dəhlizi ilə bağlı müzakirələrin həll olunacağına inanırıq”.