“Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin başlanması ilə bağlı birgə ikitərəfli komissiyanın yaradılması istiqamətində davamlı, ardıcıl yanaşmanı əfsuslar olsun ki, müşahidə etmirik”.

Leqal.info-nun xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Təxminən iki həftə əvvəl Ermənistan tərəfi Rusiya vasitəsilə delimitasiya prosesinin başlanması ilə bağlı yeni təkliflərini göndərib. Müəyyən mənada prosesə başlamaq üçün ilkin şərtlər irəli sürülüb. Komissiyanın işə başlaması üçün belə bir şərtlər qoyulub. Qısa müddət ərzində Azərbaycan öz mövqeyini qarşı tərəfə çatdırıb”, - o vurğulayıb.