Leqal.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TRT Haber”ə müsahibəsində söyləyib.
“Azərbaycanla “bir millət – iki dövlət” anlayışı ilə bir-birimizi qorumağa, dəstəkləməyə davam edəcəyik”, - nazir vurğulayıb.
Onun sözlərinə görə, iki ölkə müxtəlif platformalarda bir-birinə hər zaman dəstək olub, “Şuşa Bəyannaməsi” isə bunun təzahürüdür.