Leqal.info-nun xəbərinə görə, bunu Azərbaycanı Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Haber Global"a müsahibəsində deyib.
Prezidentin köməkçisi bildirib ki, bu gün Azərbaycanla İran arasında bir sənəd imzalanacaqdı: "Həmin razılaşmaya görə Zəngilanın Ağbənd qəsəbəsindən avtomobil və dəmiryolu vasitəsilə İrana və oradan keçərək Naxçıvana, oradan isə Türkiyəyə keçə biləcəyik. Biz Avrasiya qitəsində artıq yeni bir dəhlizin əsasını qoymuş oluruq".