"Leqal.info" “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Cənub Qafqazda inklüziv sülhün perspektivi” mövzusunda keçirilən panel müzakirələrində deyib.
O vurğulayıb ki, bəziləri Gürcüstanın Zəngəzur dəhlizindən kənarda qalacağını iddia edirlər: “Lakin bu, doğru deyil, Gürcüstan da dəhlizdən istifadə edəcək”.
C.Bayramov söyləyib ki, rəsmi Bakı fərqli formatlar üzrə iş aparır: “Altılıq formatına gəldikdə isə, tərəflər kommunikasiya xətlərinin açılması prosesində maraqlıdırlar. Zəngəzur dəhlizindən Azərbaycan və Ermənistan da faydalanacaq. Həmin dəhliz işə salınarsa, 6 ölkə üçün faydalı olacaq”.