Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyan ilə telefon danışığı aparıb.

Leqal.info TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Qarabağda sabitliyin qorunması ilə bağlı fikir mübadiləsi davam etdirilib. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9/10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində əldə edilmiş üçtərəfli razılaşmalarına ciddi əməl olunmasının zəruriliyi təsdiqlənib”, - məlumatda deyilir.