Leqal.info xəbər verir ki, bu barədə açıqlama ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun tviter hesabında yer alıb.
“Dövlət katibinin köməkçisi Donfrid ABŞ-ın prosesə ən yaxşı şəkildə necə dəstək verə biləcəyini müzakirə etmək üçün bu həftə Qafqaz danışıqları üzrə baş müşaviri Endrü Şoferi regiona göndərir”, - tvitdə qeyd olunub.