"Leqal.info"nun əldə etdiyi məlumata görə, parlamentin növbəti toplantısı mayın 13-də baş tutacaq.
İclasda “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” qanunlarda və Əmək Məcəlləsində dəyişikliklər layihəsinin III oxunuşda müzakirəyə çıxarılması, habelə digər dəyişikliklər layihələrinin müzakirəsi gözlənilir.