"Leqal.info"nun xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Rizə şəhərində Rizə-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.
"Bu gün də biz biryerdəyik. Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq. Minlərlə bizim türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir", - Prezident vurğulayıb.