“Mütəffiqlik haqqında bəyannamə Azərbaycan və Rusiya arasında münasibətləri yeni səviyyəyə çıxarıb”.

Bunu “Report”a Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov bildirib.

Onun sözlərinə görə, bu sənədin imzalanması iki ölkə üçün əlamətdar siyasi hadisədir: “Rusiya və Azərbaycan xalqları arasında ənənəvi dostluq, qardaşlıq münasibətləri formalaşıb. Bəyannamənin imzalanması bu münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarır. Bu, strateji tərəfdaşlıq, qarşılıqlı dəstək və həmrəylik münasibətləridir.

Şadam və qürur duyuram ki, bu hadisənin şahidi olmuşam. Bu, hazırda xalqınıza münasibətdə mənim hiss etdiyim yaxınlığı övladlarımın da buraya səfər zamanı hiss edəcəklərinə zəmanət verir”, - Umaxanov Bakıda bildirib.

Xatırladaq ki, fevralın 22-si Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Müttəfiqlik haqqında Bəyannamə imzalayıblar. Sənəd əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 40-dan çox bənddən ibarətdir.