"Leqal.info" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Kamal Cəfərov bildirib.
O, qeyd edib ki, bu mərhələdə isə anti-milli təsir dairələri tərəfindən bütün həssas hesab edilən məqamlar bir-bir test edilir: “Ən azından anti-milli şuranın üzvü Tofiq Yaqublunun özü statusunda bunu etiraf edir. T.Yaqublu Nazirlər Kabinetinin önünə qanunsuz aksiya ilə bağlı çağırışında qeyd edir ki, bu testdir.
Tofiq Yaqublu nəyi test etmək istəyir? T.Yaqublu sülh müqaviləsi öncəsi təxribatı test etmək istəyir. Əminəm ki, bu təxribat da uğursuz olacaq. Çünki Azərbaycan xalqı müdrikdir və anti-milli şuranın motivini çox gözəl başa düşür".
Deputat xatırladıb ki, ümumilikdə son bir il ərzində bir neçə təxribata cəhd olundu: “Bundan əvvəlki təxribat inanclı insanların hissləri ilə bağlı idi. Həmin təxribatda Gültəkin Hacıbəyli lağlağı ilə inanclı insanları təhrik etmək istəyirdi, alınmadı. Bu da alınmayacaq.
Hesab edirəm ki, bu tezislər Əli Kərimliyə məxsusdur, bəlkə də ona ötürülüb. Əli Kərimli isə özü ehtiyat edir, tezislərini anti-milli şuranın üzvləri Gültəkin Hacıbəyli və ya Tofiq Yaqublu vasitəsi ilə test edir”.
O, qeyd edib ki, sonuncu dəfə Əli Kərimlinin Fərrux yüksəkliyi və kəndi ilə bağlı yazdığı sevincək və kin dolu statusu böyük ictimai qınağa səbəb olmuşdu: “Belə ki, Əli Kərimli Rusiya Müdafiə Nazirliyinin məlumatına əsaslanaraq, sevinərək Azərbaycan Silahlı Qüvvələrinin Fərrux kəndindən geri çəkildiyini qeyd elədi. Ancaq Azərbaycanın Müdafiə Nazirliyi Fərrux kəndi və yüksəkliyinin Azərbaycanın Silahlı Qüvvələrinin nəzarətində olduğunu açıqladı.
Anti-milli şura və onlara bu tezisləri ötürənlər bilməlidir ki, Azərbaycan xalqının milli kimliyi, birliyi, inancı test obyekti ola bilməz. Bu cür təxribatlar heç vaxt baş tutmayacaq. Azərbaycanı digər ölkələrlə səhv salmasınlar”.
Deputat vurğulayıb ki, bu gün Azərbaycan tarixdə olmadığı qədər güclü və müstəqildir: “Bu gün Azərbaycanın İlham Əliyev kimi müzəffər lideri və müdrik xalqı var.
Nəyi, necə və nə vaxt etmək lazımdırsa, onu Prezident İlham Əliyev bilir və edir!”